loading...
29 Nis 18:54Hadisə
  • Yazar Admin • Tarix: 29-04-2019, 18:54 • Baxış: 561
  • Arvadını başqa kişi ilə tutdu və... - Bakıda HAMAMDA DƏHŞƏTLİ HADİSƏ

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    Arvadını başqa kişi ilə tutdu və... - Bakıda HAMAMDA DƏHŞƏTLİ HADİSƏ

    Bakıda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Cəlal Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Xartut.Com Teleqraf.com-a istinadən xəbər verir ki, Cəlal Məmmədov 21 iyun 2013-cü il tarixdən nikahda olduğu, lakin şəxsi münasibətlərin pozulması zəminində Binəqədi rayon Məhkəməsinin 7 noyabr 2016-cı il tarixli qətnaməsi ilə rəsmi qaydada boşandığı Aydan Məmmədova ilə yenidən barışmaq barədə razılığa gəlib.

    Əvvəl boşandılar, sonra barışdılar

    Bu məqsədlə o, 29 mart 2017-ci ildə, saat 20 radələrində Aydanın anası və qardaşı ilə birlikdə yaşadığı Biləcəri qəsəbəsindəki evə gəlib.

    Cəlal Məmmədov barışıq qaydasında keçmiş arvadı və onun ailə üzvləri ilə şam edib. Sonra evin həyətindəki hamam otağına yuyunmaq üçün keçib.

    Cəlal Məmmədov Aydandan dəsmal gətirməyi xahiş edib. Bu zaman həyətdə səs eşidib, cavan bir oğlanın hasardan aşıb həyətdən küçəyə qaçdığını görüb.

    Cəlal Aydandan həmin şəxsin kimliyini soruşub. Həmin vaxt Aydanın mobil telefonuna zəng gəlib. Cəlal mobil telefonun kimə məxsus olduğunu və zəng edənin kimliyini xəbər alıb.

    Aydan qeyri-dəqiq və kobud cavablar verməsindən şübhəsi daha da artıb.

    Hamamda qətl

    Cəlal Aydanın başqa şəxslə görüşdüyünü ehtimal edib və onu öldürmək qərarına gəlib.

    Bu məqsədlə üstündəki bıçaqla Aydana çoxsaylı zərbələr vurub. Aydan aldığı zərbələrdən hadisə yerində ölüb.

    Cəlal Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal Məmmədov bildirib ki, 2013-cü ildə atasının xalası nəvəsi Aydanla rəsmi qaydada ailə qurub, həmin nikahdan iki azyaşlı uşağı var: “Ailə qurduqları vaxtdan ata evində valideynlərim ilə birlikdə yaşamışam. Ailə münasibətlərim əvvəl yaxşı olsa da, sonradan qayınanamın ailə işlərimə qarışması səbəbindən aramızda mübahisələr yaranmağa başladı. Aydan tez-tez küsərək ata evinə gedirdi, bu da münasibətlərimizi daha da pisləşdirirdi. Aydan hər dəfə evdən gedəndə valideynlərim və ya özüm onu geri gətirmişəm”.

    “Nəşəli vəziyyətdə məni boğmaq istəyirdi”

    Cəlal Məmmədovun sözlərinə görə, sonuncu dəfə 2016-cı ilin aprel-may aylarında Aydan yenə uşaqlarını götürüb və atası evinə gedib: “Həmin vaxtı Aydan hamıya mənim içkili və nəşəli vəziyyətdə evə gələrək onu boğmaq istədiyim üçün acıq etdiyini bildirdi. Əsl həqiqətdə belə bir şey olmayıb. Özüm və valideynlərim bir neçə dəfə Aydanı və uşaqlarını geri gətirmək istəsək də, o, hər dəfə müxtəlif bəhanələrlə geri dönməkdən imtina etdi”.

    Cəlal Məmmədov qeyd edib ki, 2016-cı ilin yayında Aydanla boşanmaq üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib və payızda məhkəmə qaydasında ayrılıblar: “Buna baxmayaraq, həmişə uşaqlarımla görüşmək üçün Aydangilə getmişəm. Həmin vaxt Aydanla da ünsiyyət saxlamışam, bir neçə ay sonra qohumlarımız araya gəldi, sonra bizi barışdırmaq istədilər”.

    “Bir qız Aydanı səslədi”

    Cəlal Məmmədov deyib ki, 26 mart 2017-ci ildə atası və anası Aydanın valideynləri və özü ilə görüşmək üçün onlara gedib, yenidən barışmaları ilə bağlı söhbət edib, razılıq əldə ediblər: “Aydan ata evimdə yox, öz həyətlərində otaq təmir etməklə, orada yaşamaq şərti ilə barışmaq istədiyini deyəndə, ailəm razılıq verdi. Martın 29-da axşam saat 20 radələrində Aydangilə getdim.

    Aydan, uşaqlarım, anası və qardaşı evdə idilər. Aydana alış-veriş üçün 50 manat verdim. Dükandan toyuq, qənd, çay, çörək aldı. Qayınanam toyuqdan şam yeməyi hazırladı. Aydanla birlikdə şam etdik. Bizdən sonra qayınanam və qaynım da şam etdi. Onlar şam edərkən Aydanla birlikdə evdən həyətə çıxdıq. Çimmək üçün hamama keçdim. Bu zaman belimi sürtmək üçün Aydan arxamca gəldi. Həmin vaxtı bir qız Aydanı səslədi, qayınanam hamamda olduğunu, indi çıxacağını dedi. Aydana dəsmal gətirməyi tapşırdım”.

    “Kənar bir şəxslə görüşdüyünə əmin oldum”

    Cəlal Məmmədovun sözlərinə görə, Aydan hamamdan çıxandan sonra həyətdən səs eşidib: “Bu zaman paltarsız qapıya yaxınlaşdım, çölə baxdım. Qara gödəkcədə orta boylu bir oğlanın həyətdən hasara çıxıb, oradan da çölə hoppandığını gördüm. Ona qədər Aydan evdən əlində dəsmal hamama gəldi. Həmin oğlanın kim olduğunu soruşdum. Aydan məni qara basdığını, həyətdə heç kimin olmadığını dedi. Paltarım əynində olmadığından oğlanın arxası ilə qaçmadım.

    Aydana telefon işlətməyə heç vaxt icazə verməsəm də, onun şalvarının cibindən vibrasiya səsi gəldi. Ondan telefonun sahibini soruşdum. O da qardaşının telefonu olduğunu dedi.

    Hamamda telefonu yerə çırpdım. Artıq Aydanın başqa bir oğlanla sevgili olduğunu, mənimlə barışığa razılıq verməsinə baxmayaraq kənar bir şəxslə görüşdüyünə tam əmin oldum”.

    Cəlal Məmmədov bildirib ki, Aydanı bu səbəbdən öldürmək qərarına gəlib: “Hamamda asqıdan asdığım şalvarımı əynimə geyindim, belimə Aydanın gətirdiyi dəsmalı bükdüm, sonra hamamdan çıxdım. Aydana indi gələcəyimi dedim, evə mətbəxə keçdim. Mətbəxdə şkafdan bıçağı götürdüm və dəsmalın arasında gizlədərək geri gəldim.

    Hamamın içərisinə keçən kimi Aydanın çölə qaça bilməməsi üçün qapını arxadan bağladım. Aydan əlimdə bıçaq gördü, qışqıraraq boğazımı cırmaqlamağa başladı. Müqavimətini qırıb onu yerə dizi üstünə yıxdım. Sonra bıçağı boğazının yumşaq hissədən kəsdim.

    Aydanın səsinə anası və qardaşı bayıra çıxdı, qapını döyməyə başladı. Aydanı buraxdım, paltarımı geyindim. Sonra əlimdə bıçaq qapını açdım.

    Həmin vaxt qayınanam və qaynım qapının ağzında, uşaqlarım isə evdə olublar. Qaynımın əlində ət çapmaq üçün bıçaq var idi. Aydanın öldüyünü bilsəm də, heç nə olmadığını dedim. Qaynımı aldatdım.

    Qaynanam özünü itirdiyi üçün əlindəki ət çapan bıçağı yerə atdı. Plasmas boru götürərək başımdan və dizimdən vurdu. Onun əlindən çıxdım, evə keçərək əynimi geydim. Oradan da küçəyə qaçdım”.

    “Törətdiyim cinayəti etiraf etdim”

    Təqsirləndirilən şəxs deyib ki, bıçağı qapıdan çıxan kimi pilləkənin yanına atıb, pilləkənin üstündən hasara çıxaraq yola tullanıb və Müşfiq qəsəbəsindəki evlərinə gedib: “Evdə heç kəs olmadığından, tutulacağımı bildiyim üçün birbaşa Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gəldim. Törətdiyim cinayəti etiraf edib, təslim oldum”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlal Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O barəsində olan cəzanın daha yüngül cəza ilə əvəz edilməsini istəyib.

    Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılıb və şikayəti təmin olunmayıb.

    Qərardan narazı qalan Cəlal Məmmədov kasasiya şikayəti verib. Ali Məhkəmə də Cəlal Məmmədovun kasasiya şikayətini təmin etməyib. dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    px