loading...
05 Haz 17:43Hadisə / Gundem
  • Yazar Admin • Tarix: 5-06-2019, 17:43 • Baxış: 137
  • Qızı baldızının əri ilə qaçdı, ana intihara cəhd etdi - Metrodakı intihar olayının şok səbəbləri

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    Qızı baldızının əri ilə qaçdı, ana intihara cəhd etdi - Metrodakı intihar olayının şok səbəbləri


    Bir neçə gün əvvəl metronun "28 May" stansiyasında özünü qatarın altına atan qadının intihar səbəbləri bəlli olub.

    Xartut.com yenisabah.az-a istinadən xəbər verir ki, intihara cəhd göstərən Abşeron rayon sakini 54 yaşlı Asya Əmirova ailəsində baş verən biabırçı olaylara görə özünü öldürmək qərarına gəlib.

    Rayonun qəsəbələrindən birində yaşayan qadının qızı inanılmaz hərəkət edib. Belə ki, Aynur Əmirova (şərti ad) təxminən 10 gün əvvəl öz həyat yoldaşını ataraq başqa evli kişiyə qoşularaq qaçıb. Məsələnin inanılmaz tərəfi ondan ibarətdir ki, onun qaçdığı kişi baldızının həyat yoldaşı olub. Qəsəbədə bu olay yayıldıqdan sonra 54 yaşlı ana gənc oğlunu qəsəbədən çıxararq yaxın qohumlarından birinə əmanət edib. Sonra metroya gələrək intihar niyyətini həyata keçirib.

    Məlumata görə qadın xilas edildikdən sonra xəstəxanaya yerləşdirilib və onun ayağı amputasiya edilib.

    Yeznənin isə Aynur Əmirova ilə birgə Quba rayonuna qaçdığı bəlli olub. Anasının intihar cəhdindən sonra o da boynu qırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə anasının intihar etdiyini eşidən qızı da özünü asmaq qərarına gəlib. Lakin onun da həyatı xilas edilib.

    Gəlini qaçıran yeznə polis tərəfindən saxlanılıb. dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    px