loading...
25 Haz 23:44Hadisə
  • Yazar Admin • Tarix: 25-06-2019, 23:44 • Baxış: 1671
  • Azərbaycanda ŞOK olay: Arvadını iki kişi ilə intim münasibət zamanı tutdu-TƏFƏRRÜAT

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    Azərbaycanda ŞOK olay: Arvadını iki kişi ilə intim münasibət zamanı tutdu-TƏFƏRRÜAT


    Şamaxı rayonunda qısqanclıq zəminində əmisi oğlunu öldürməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Famil Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Publika.az-ın məlumatına görə, Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovun və qonşusu Sadiq Mikayılovun arvadı Kəmalə ilə gizlin intim münasibətdə olduğunu zənn edib. O, düşünüb ki, qonşusu Sadiq Mikayılov bu məsələni bildiyi üçün onu öldürəcək.

    Buna görə də Famil Hidayətov arvadı ilə intim münasibətdə olan həm əmisi oğlundan, həm də qonşusundan qisas alaraq, onları öldürmək qərarına gəlib.

    Əmisi oğlu ilə arvadının intim münasibəti

    Famil Hidayətov 2017-ci ilin aprelin ortalarından etibarən axşam saatlarında yaşadıqları Şamaxı rayonunun Göylər kəndində yerləşən fərdi yaşayış evindən çıxıb və müxtəlif istiqamətlərdə getdikdən sonra ailə üzvləri tərəfindən tapılaraq evə qaytarılıb.

    Aprelin 17-də, axşam saat 23-də Famil Hidayətov yenidən yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib. O, qardaşı Nail Hidayətov və əmisi oğlu İlham Hüseynovun kəndarası yollarda onu axtardığını görüb.




    Qətl planı və əlverişli zamanı gözlədi

    Bu səbəbdən o, yaşadıqları evin həyətinə qayıdaraq gizlənib. Famil Hidayətov əmisi oğlu Şəmsəddin Hüseynovu öldürmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.

    Əmisi oğlunu öldürdü

    Famil Hidayətov aprelin 18-də, saat 01-də Şəmsəddin Hüseynovun evdə tək qalan anası Güllüyə baş çəkmək üçün həyətlərinə girdiyini görüb. O, evin birinci mərtəbəsində yerləşən otağa daxil olan Şəmsəddin Hüseynovun arxasınca həmin otağa daxil olub.

    Famil Hidayətov əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Şəmsəddin Hüseynovun döş qəfəsinin və qarın nahiyəsinin sol tərəfinə üç zərbə vurub. Şəmsəddin Hüseynov aldığı zərbənin təsirindən ölüb.

    Qonşusunun qapısını döydü, açan olmadı

    Daha sonra Famil Hidayətov həmin gecə, saat 01.30-da arvadı ilə intim münasibətdə olduğunu və onu öldürəcəyini zənn etdiyi qonşusu Sadiq Mikayılovdan qisas alaraq, onu qətlə yetirmək qərarına gəlib.

    Bu məqsədilə Famil Hidayətov onun yaşadığı evin həyətinə gedərək, giriş qapısını döyüb. Sonra Famil qapının açılmasına nail olmaq üçün Sadiq Mikayılov çağırsa da, Sadiq Mikayılovun onun səsini tanıyaraq qapını açmadığını görüb.



    Evin pəncərələrini sındırdı

    Bundan əsəbiləşən Famil Hidayətov evin birinci mərtəbəsində olan pəncərəni təpiklə vuraraq açıb. Sonra əlində bıçaq tutmuş vəziyyətdə evin içərisinə daxil olmaq istəyib.

    Bu zaman Sadiq Mikayılov əvvəlcədən evin içərisinə qoyduğu dəmir boru ilə ona fəal fiziki müqavimət göstərib və onun evə daxil olmasına imkan verməyib.

    Bundan sonra Famil Hidayətov Sadiq Mikayılovu pəncərənin digər tərəfindən bıçaqla bir neçə dəfə vurmaq istəsə də, bunu bacarmayıb.

    Azyaşlıların gözlərin qarşısında amansız olay

    Daha sonra Famil Hidayətov həmin həyətdə olan mişar daşını götürüb və digər tərəfdə yerləşən pəncərəni sındırmaqla evə girib.

    Evə daxil olan Famil Hidayətov bıçaqla evdə olan Sadiq Mikayılovun azyaşlı oğlu, 2006-cı il təvəllüdlü Abdul Mikayılovun və azyaşlı qızı, 1997-ci il təvəllüdlü Qumru Mikayılovanın gözü qarşısında Sadiq Mikayılovu xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd göstərib.



    Polis zabiti ağır cinayətin törədilməsinin qarşısını aldı

    Bu səs-küyə yaxınlıqda olan Şamaxı rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı İlkin Qasımov gəlib. Polis zabiti Famil Hidayətovu rezin dəyənəklə vurub, əlində olan bıçağı yerə salıb. Polis zabitinin müdaxiləsi nəticəsində Famil Hidayətov Sadiq Mikayılovu öldürə bilməyib, onun iki və daha çox şəxsi öldürmək planını qarsısın alınıb.




    Polis və prokurorluq əməkdaşları Famil Hidayətovu saxlayaraq, istintaqa təhvil veriblər. Onun barəsində həbs qətimkan tədbiri seçilib. dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    Reklam yeri
    İstifadəçi Girişi
    px