loading...
12 Ağu 15:07Maqazin
  • Yazar Admin • Tarix: 12-08-2019, 15:07 • Baxış: 13
  • "Aygün İlhamə Quliyevanın yanından qovulmayıb"

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    "Aygün İlhamə Quliyevanın yanından qovulmayıb"


    Xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova haqqında yayılan xəbərə İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli münasibət bildirib.

    O, Aygünün xəstəxanada İlhamə Quliyevanın yanına buraxılmaması haqqında məlumatın həqiqətəuyğun olmadığını bildirib:
    “Yalan, heç bir mənbəyə söykənməyən bu xəbəri hazırlayan jurnalistin peşəkarlığına şübhə etməmək olmur. Belə bir hadisə baş verməyib. Həmin gün xəstəxanada Respublikanın xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artist Cavanşir Məmmədov, müğənni Ayan Babakişiyeva, prodüser Tarix Əliyev (Tolik), opera ifaçısı Ülvi Qılınc və başqa şəxslər olub. İlhamə xanıma baş çəkməyə gələn xalq artistləri Aygün Kazımova ilə Faiq Ağayevi şəxsən özüm qarşılamışam. Aygün Kazımova İlhamə Quliyevanın yanından qovulmayıb. Sənətkar qapıya gələn düşməninə də bu cür hərəkəti etməz".

    Qeyd edək ki, yayılan xəbərdə Aygün Kazımovanın İlhamə Quliyevanı ziyarət etmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına getdiyi, lakin müğənninin oğlu Orxan Nadirovun görüşə imkan vermədiyi bildirilirdi. Palataya buraxılmamasına görə qəzəblənən A. Kazımovanın mühafizəçi ilə sərt şəkildə mübahisə edərək xəstəxananı tərk etdiyi qeyd olunmuşdu. dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    Reklam yeri
    İstifadəçi Girişi
    px