loading...
19 May 01:59meslehet
  • Yazar Admin • Tarix: 19-05-2019, 01:59 • Baxış: 481
  • Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    Gəncə Ağır Cinayətlər Məhkəməsində adam ğldürməkdə təqsirli bilinən Qasımov Bahadur Əli oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Dogrusoztv.Az Ölkə.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovu sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 29-na təyin olunub.

    İttihama görə, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib. Asəf İsayev əvəzində qızı yenə qaçırdacağını deyib.
    Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib.

    Nəticədə onlar görüşüblər. B.Qasımov söhbətə gələn A.İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb və orada aralarında mübahisə düşüb. Bu zaman B.Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib. Bir neçə gündən sonra isə Şəmkir rayon Polis şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları A.İsayevin meytini hadisənin qeydə alındığı ünvanda aşkar edərək onu tibbi ekspertizaya təhvil veriblər.
    Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi
    dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    px