loading...
29 Haz 18:34Olke
  • Yazar Admin • Tarix: 29-06-2019, 18:34 • Baxış: 69
  • Rayonlarda leysan yağacaq, dolu düşəcək - İstirahət gününün HAVAsı

    Saytımıza dəstək olaq istəyən hər kəs aşağıdakı reklam linklərinə bir dəfə tıklasın. Bu qədər sadə və asan bizə kömək edə bilərsiniz.
    Rayonlarda leysan yağacaq, dolu düşəcək - İstirahət gününün HAVAsı


    Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Abşeronda gecə 20-23° isti, gündüz 24-27° isti təşkil edəcək. Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək.

    Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.



    Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

    Rayonlarda arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti təşkil edəcək. dle 10.3
    Smiley face
    loading...
    Fikir bildir
    Adınız:
    E-Mail Adresiniz:
    Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
    Kodu girin:
    Reklam yeri
    İstifadəçi Girişi
    px